Ana 10 aylıq qızını vəhşicəsinə öldürdü

30 İyun 2023 14:48

Moskvada mənzildən bıçaq xəsarətləri nəticəsində ölən azyaşlı uşağın meyiti tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, körpənin anası onunla birlikdə mənzildə olub.

Məlumata əsasən, qız 10 aylıq olub. Qətldə onun yazda psixiatriya xəstəxanasından çıxan anası şübhəli bilinir.

Milli.Az