22 milyardlıq anlaşmanı istəmədi

7 May 2012 14:55
Milli.Az "Bloomberg"ə istinadən bildirir ki, milyarder söhbətin hansı şirkətdən getdiyini bildirməyib.

"Şirkətimizə yaxşı gəlir verən strukturların səhmləri və istiqrazlarına investisiyalarımızı nağd pula çevirmək istəmədim. Bununla belə, mənim varisim elə sövdələşmələr imzalayacaq ki, "Goldman Sachs" və "General Electric"ə 8 milyard dollar yatırmağımız xırda işlər təsiri bağışlayacaq", - Baffet deyib.

"The Financial Times" bildirir ki, Baffet varisinin adını açıqlamayıb.

Uorren Baffet 41 milyard dollarlıq varidatla dünyanın ən zəngin adamları reytinqində 3-cü yerdədir.

Milli.Az