Fransada iğtişaşlar: Elit bölmələr bu şəhərə göndərilir

29 İyun 2023 23:57

Fransanın xüsusi təyinatlı polis bölmələri 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların baş verdiyi Nanterə göndərilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Fiqaro" nəşri təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

"Milli Jandarm Müdaxilə Qrupu, Milli Polisin elit bölməsi Nanterə göndərilib", - məlumatda deyilib.

Qeyd edək ki, iyunun 27-də polis əməkdaşları Nanterdə 17 yaşlı yeniyetməni güllələyərək qətlə yetiriblər.

Milli.Az