Bakı Piano Festivalı çərçivəsində konsert olub - VİDEO - FOTO

29 İyun 2023 09:59

Bakı Piano Festivalı çərçivəsində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın tanınmış musiqiçiləri Nurlan Növrəsli, Naibə Şahməmmədova, Eldar Məmmədov, Səbinə İsmayılovanın konserti olub.

Konsert sənətçilərin parlaq çıxışları, populyar repertuarı və təsirli ab-havası ilə tamaşaçıların yaddaşında qalıb. Sənətçilərin çıxışları qüsursuz ifa texnikası ilə tamaşaçıları sevindirməklə yanaşı, onlara çoxlu müsbət emosiyalar da bəxş etdi. Hər çıxış tamaşaçıların sürəkli alqışları ilə başa çatdı.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

Milli.Az