“Qalatasaray”ın futbolçusu qəza keçirdi

28 İyun 2023 19:53

"Qalatasaray"ın futbolçusu Barış Alper Yılmaz yol qəzası keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin Giresun bölgəsinin Görele rayonunda baş verib.

Rizəyə gedən futbolçunun  istifadə etdiyi avtomobil liman qovşağında başqa avtomobillə toqquşub.

Qəzadan xəsarət almadan sağ çıxan Yılmaz nəzarət üçün xəstəxanaya aparılıb.

Milli.Az