Məqsədimiz bütün sahələrdə güclü bir Türkiyə qurmaqdır - Numan Kurtulmuş

28 İyun 2023 17:42

Məqsədimiz Türkiyənin güclü və təsirli gücə malik bir ölkə olmasını təmin etməkdir.

Milli.Az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib.

"Məqsədimiz, Cümhuriyyətimizin ikinci əsrində, hər sahədə güclü bir Türkiyə qurmaqdır. Bunun üçün çox çalışırıq", - deyə sədr qeyd edib.

TBMM sədri Qurban bayramı münasibətilə bütün İslam dünyasını da təbrik edib.

Milli.Az