Rusiyalı general qəzaya düşdü: vəziyyəti ağırdır

28 İyun 2023 17:20

Rusiya Daxili İşlər Nazirliyinin generalı Aleksandr Travnikov Leninqrad vilayətində qəzaya düşüb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, general-leytenant kvadrosiklin idarəetməsini itirərək maneəyə çırpılıb.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Milli.Az