ABŞ-da dəhşətli fırtına: Hava yolu iflic oldu

28 İyun 2023 08:46

ABŞ-nin şimal-şərqində şiddətli fırtınalar səbəbindən 2000-dən çox aviareys təxirə salınıb və ya ləğv edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli media məlumat yayıb.

Əlverişsiz hava şəraiti səbəbindən 1241 daxili və beynəlxalq reys gecikib, 828 reys təxirə salınıb.

Sərnişinlər hava limanlarındakı gözləmə zallarında gecələyiblər.

Milli.Az