Küçədə SİLAHLI İNSİDENT - Skuterlə insanlara atəş açıb qaçdı, iki nəfər...

27 İyun 2023 23:54

İsveçin paytaxtı Stokholmun şimal-qərbindəki Husbi bölgəsində baş verən atışma nəticəsində ən azı iki nəfər yaralanıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən SVT kanalı məlumat yayıb.

Polis bildirib ki, bəzi şəhər sakinləri atəş açan şəxsi görüblər.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs elektrik skuterində hadisə yerindən qaçıb.

Stokholm polisi hadisəni törədən şəxsi axtarır.

Milli.Az