"Yalı çapkını"nın yazarı əməliyyat olundu

27 İyun 2023 21:24

"Kırmızı oda", "Masumlar apartmanı", "Camdaki kız", "Çöp adam", "Yalı çapkını" kimi reytinqli serialların yazarı, psixoloq Gülseren Budayıcıoğlu əməliyyat olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə məlumatı yazar sosial şəbəkədə verib. Budayıcıoğlunun ürək damarlarına stent qoyulub. O hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

"İnfarkt keçirmədən xəbər tutmağımız yaxşı oldu. Həyat mənə bir şans da verdi. Həyatın qiymətini hər zaman bilirdim, amma ümid edirəm ikinci şansımı daha yaxşı qiymətləndirərəm".

Milli.Az