Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) Polşada keçirilən III Avropa Oyunlarında növbəti döyüşünü keçirib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, dünya çempionatının mükafatçısı səkkizdəbir finalda Gürcüstan idmançısı Nikoloz Beqadze ilə üz-üzə gəlib. M.Abdullayev görüşü qələbə ilə başa vuraraq mərhələ adlayıb. Boksçumuz dörddəbir finalda yunanıstanlı Stilianos Poulias ilə qarşılaşacaq. Həmin görüş iyunun 28-də keçiriləcək.
Xatırladaq ki, idmançımız ilk görüşdə Türkiyə təmsilçisi Uğur Aydemiri məğlub etmişdi.
Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) isə Tatevik Xaçatryan (Ermənistan) ilə qarşılaşacaqlar.
Milli.Az