"Adım Farah"dan getdi - FOTO

27 İyun 2023 18:10

"FOX TV"də yayımlanan "Adım Farah" serialının aktyor heyətində dəyişiklik edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Ali Sürmeli ekran işindən ayrılıb. O, layihədə "Orhan Koşaner" obrazına həyat verirdi.

Qeyd edək ki, serialın baş rollarını Demet Özdemirlə Engin Akyürek canlandırır. Ekran işi 14-cü bölümdə mövsüm finalı edib.

Milli.Az