Paris Olimpiadasında içki qadağan ediləcək: Varlılar istisnadır

27 İyun 2023 17:46

Paris Olimpiadasında tribunalarda spirtli içki qəbulunun qadağan ediləcəyi barədə məlumat yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, məhdudiyyətlər VIP biletləri olan tamaşaçılara şamil olunmayacaq.

Tamaşaçıların yarışdan əvvəl spirtli içki içə biləcəyi yeganə yer stadionlardakı xüsusi rahatlığı olan ərazilərdir.

Xatırladaq ki, yarış 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Milli.Az