Şahzadə Diananın illərdir itmiş hesab olunan sviteri hərraca çıxarılacaq. Bu barədə "Daily Express" xəbər verib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, Uels şahzadəsi Diananın geyindiyi sviterin hərracda 70 min funt-sterlinqə satışa çıxarılacağı gözlənilir.
Söhbət şahzadə Diananın ilk dəfə 1981-ci ildə polo matçında geyindiyi məşhur qırmızı yun sviterdən gedir. Geyimin üzərində onlarla ağ və bir qara qoyun təsvir olunub.
Milli.Az