ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Priqojinin olduğu yeri açıqlayıb

27 İyun 2023 08:19

ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Mark Vorner "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojinin olduğu yer barədə danışıb.

Milli.Az "report"a istinadən bildirir ki, o bu barədə MSNBC telekanalında açıqlama verib.

Onun sözlərinə görə, o, Priqojinin artıq Minskdə olması barədə xəbərləri görüb:

"Əldə etdiyim məlumata görə, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı otellərin birində, pəncərəsi olmayan otaqda qalır".

Milli.Az