Türk lirəsi rekord həddə ucuzlaşdı

27 İyun 2023 07:07

İyunun 26-da keçirilən ticarət sessiyası zamanı Türkiyə valyutasının dollara nisbətdə məzənnəsi tarixdə ilk dəfə olaraq 26 lirəni keçib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Türkiyə Mərkəzi Bankının milli valyutaya dəstək tədbirlərlərini dayandırmağa başlamasından sonra lirə antirekord vurub. Bu səbəbdən valyuta hər gün 3% dəyər itirib. Bununla da bir dollar üçün məzənnə 26,05 lirəyə qalxıb.

Ümumilikdə ilin əvvəlindən valyuta 28% ucuzlaşıb.

Milli.Az