Putin: “Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər”

26 İyun 2023 23:20

"İstənilən şantaj, daxili iğtişaşlar təşkil etmək cəhdləri uğursuzluğa məhkumdur".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Onun sözlərinə görə, silahlı üsyan onsuz da yatırılacaqdı:

"Üsyanın təşkilatçıları xalqa və üsyana cəlb olunanlara xəyanət etdilər. Rusiyanın düşmənləri ölkənin qanlı vətəndaş qarşıdurmasında boğulmasını istəyirdilər, səhv hesab edirdilər".

Milli.Az