13 mərtəbli bina çökdü: yaralılar var - VİDEO

26 İyun 2023 20:36

Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.

Milli.Az axar.az-a istinadən bildirir ki, dağıntılar altında xeyli insanın olacağı ehtimal edilir. İlkin məlumata görə, 4 nəfər yüngül xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, zərərçəkənlərin axtarışı və həkimlərə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Binadakı mənzilləri əsasən istirahətə gələn turistlərin icarələdiyi bildirilib.

Bundan əlavə, binada ticarət mərkəzi də yerləşibmiş.

Məlumata görə, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılır.

Milli.Az