Qurduğu şirkətin baş direktoru vəzifəsini tərk etdi

26 İyun 2023 14:34

Rihanna alt paltarı brendi olan "Savage X Fenty"-nin baş direktoru vəzifəsini tərk edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, ulduz beş il əvvəl qurduğu şirkəti əvvəllər Amerikanın moda, gözəllik və ev brendi "Anthropologie Group"-dan olan Hillari Superə təhvil verib.

Hillari iyunun 26-da vəzifəsinin icrasına başlayacaq.

Təxminən 1,4 milyard dollar sərvəti olan Rihanna icraçı direktor vəzifəsini icra edəcək və eyni zamanda "Fenty Beauty" şirkətinin baş direktoru olaraq qalacaq.

Milli.Az