Ərdoğan Stoltenberqlə Rusiyadakı gərginlikdən danışdı

25 İyun 2023 21:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO Baş katibi Yens Stoltenberq ilə iyunun 24-də Rusiyada baş verən hadisələri və İsveçin alyansa üzv olması imkanlarını müzakirə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Rusiyadakı gərginliyin sona çatması Ukraynada geri dönməz humanitar fəlakətin qarşısını alıb.

Milli.Az