Rusiyada 36 kursant zəhərləndi

25 İyun 2023 16:40

Rusiyanın Yekaterinburq Ural Hüquq İnstitutunun 36 kursantı zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Sverdlovsk vilayətinin Səhiyyə Nazirliyindən məlumat verilib.

Kursantların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Rayon prokurorluğundan verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az