Rusiya Suriyada bazarı bombalayıb, 9 mülki şəxs ölüb, 30-u yaralanıb

25 İyun 2023 14:37

Rusiya döyüş təyyarələrinin Suriyanın İdlib bölgəsində meyvə-tərəvəz bazarını bombalaması nəticəsində 9 mülki şəxs ölüb, 30-u yaralanıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə İdlib əyalətinin Cisir eş Şugur rayonunda meyvə-tərəvəz bazarında olub.

Rusiya tərəfi hələ ki bununla bağlı açıqlama verməyib.

Milli.Az