Azərbaycanda 5 polkovnikə general-mayor rütbəsi verilib - SİYAHI

25 İyun 2023 13:00

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin beş hərbi qulluqçusuna "general-mayor" ali hərbi rütbəsi verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsi verilib:

polkovnik Elmir Zülfüqar oğlu İbrahimova

polkovnik Arif Həsən oğlu Həsənova

polkovnik İslam Şixzadə oğlu Əmirağayevə

polkovnik Bilal İsmayıl oğlu Çompuzova

polkovnik İlqar Saab oğlu Qafarova.

Milli.Az