Avtovağzalda nəzarət gücləndirildi... - VİDEO

25 İyun 2023 19:46

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Milli.Az bildirir ki, bu barədə "Xəzər Xəbər"ə Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib.

Tural Orucov bildirdi ki, vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin onlayn qaydada əldə edə bilərlər.

Bildirildi ki, hazırda 175 nəqliyyat vasitəsi portalda qeydiyyatdadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az