Vilayət Eyvazov rəisi vəzifədən azad etdi - Yeni təyinat

25 İyun 2023 10:49

Göyçay Regional Mühafizə Şöbəsinin rəisi polis polkovnik-leytenantı Əhliman Eminov vəzifəsindən azad edilib.

Milli.Az "Unikal"a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Əhliman Eminov Şəmkir Rayonlararası Mühafizə Şöbəsinə rəis təyin edilib.

Milli.Az