Argentina Messi üçün möhtəşəm addım atdı

25 İyun 2023 17:12

Lionel Messi ad günü şərəfinə Rosariodakı bayraq abidəsinin işıqlandırılmasından məmnun qalıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iyunun 24-də Argentina millisinin kapitanının 36 yaşı tamam olub.

Bununla əlaqədar onun doğma şəhərində dövlət bayrağı üçün ucaldılmış abidə üzərində futbolçunun silueti və təbrik mesajı proyeksiya edilib.
Forvard görüntüləri sosial şəbəkədə yerləşdirərək təbriklərə görə təşəkkür edib.

Milli.Az