İrandan Putinə dəstək...

25 İyun 2023 08:40

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

İranlı nazir telefon söhbəti zamanı Rusiya rəhbərliyinin konstitusiya nizamının təmin edilməsi istiqamətində hərəkətlərini dəstəklədiyini bildirib.

Milli.Az