Rusiyadan qaçan mütəxəssislər geri qayıdır

25 İyun 2023 07:47

2023-cü ilin əvvəlindən Rusiyanı tərk edən İT mütəxəssisinin 19%-i ölkəyə qayıdıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "hh.ru" tədqiqat mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Onların arasında Türkiyədən qayıdanlar üstünlük (25 faiz) təşkil edib. Həmçinin 23 faizlik kəsim Qazaxıstandan, daha 17 faizi Gürcüstan və Ermənistandan, 13 faizi isə Serbiyadan Rusiyaya qayıdıb.

Bu siyahıda eyni zamanda Özbəkistan, Kipr, Qırğızıstan, Monteneqro, Tailand və Belarus da var.

Milli.Az