5 minə yaxın vaqnerçi Moskvaya yaxınlaşır

24 İyun 2023 20:55

5 minə yaxın "Vaqner" döyüşçüsü Moskvaya yaxınlaşır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Məlumata görə, "Vaqner"i hazırda Moskvadan 70 kilometr ayırır.

Qeyd edək ki, hərbi çevrilişə başlayan "Vaqner" döyüşçüləri Rostov və Voroneji artıq ələ keçiriblər.

Milli.Az