Türkiyə klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb

24 İyun 2023 20:39

Türkiyənin "Ümraniyespor" komandası Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin transferini açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, I Liqa təmsilçisinin etdiyi paylaşımda 28 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə olunduğu bildirilib.

Qeyd olunub ki, təcrübəli oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, Coşqun Diniyevin son klubu "Səbail" olub.

Milli.Az