“Vaqner” döyüşçüləri Rusiya qüvvələrinə aid hərbi təyyarəni vurdular: Ölənlər var - VİDEO

24 İyun 2023 14:32

"Vaqner" özəl hərbi şirkətinin döyüşçüləri Voronej vilayətində Rusiya aerokosmik qüvvələrinin təyyarəsini vurub.

Milli.Az bildirir ki, sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.

Ehtimallara görə, bu "AN-26" tipli hərbi nəqliyyat təyyarəsidir.

Təyyarə Kantemirovka kəndi yaxınlığına düşüb. İlkin məlumatlara görə, azı 3 nəfər ölüb.

Milli.Az