Bakıda uşaq evinin himayəsində yaşayan gənc qız itkin düşüb

24 İyun 2023 09:41

Bakıda uşaq evinin himayəsində yaşayan gənc qız itkin düşüb.

Milli.Az xəbər verir ki, hadisə iyunun 22-də Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Səadət Mehdiyeva yaşadığı uşaq evindən yoldaşları ilə görüşmək adı ilə çıxıb və geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az