Rusiya Kiyevdə yaşayış binasını raketlə vurub, ölənlər var

24 İyun 2023 08:54

Rusiya Silahlı Qüvvələri Ukrayna paytaxtına raketlərlə hücum edib.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri bildirib.

Raketlərdən biri çoxmərtəbəli binaya düşüb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Bundan əlavə, iki nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına yerində tibbi yardım göstərilib.

Dayanacaqda saxlanılan 40-a yaxın avtomobilə də ziyan dəyib.

Milli.Az