Azərbaycan karateçisi Asiman Qurbanlı Polşada keçirilən III Avropa Oyunlarında finala yüksələ bilməyib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 84 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda xorvatiyalı Andelo Kvesiçə uduzub - 3:5.
Buna baxmayaraq, Qurbanlı bürünc medal əldə edərək, Azərbaycan komandasına növbəti medalı qazandırıb.
Qeyd edək ki, daha əvvəl digər karateçi Tural Ağalarzadə (67 kq) yarışın qalibi olub.
Milli.Az