İrina Zaretska qızıl medal qazandı - FOTO

23 İyun 2023 20:38

Azərbaycanın qadın karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 68 kq-da çıxış edən idmançı finalda isveçrəli Yelena Kuiriçə 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Polşanın Krakov şəhərində III Avropa Oyunları keçirilir. Oyunlar müxtəlif növlər üzrə Polşanın 8 ayrı şəhərində keçirilir.

Azərbaycan 13 idman növündə - oxatma (1 nəfər, Krakov şəhəri); badminton (4 nəfər, Tarnow şəhəri); çimərlik futbolu (12 nəfər, Tarnow şəhəri); boks (12 nəfər, Novı Tarq şəhəri); qılıncoynatma (12 nəfər, Krakov şəhəri); cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri); karate (8 nəfər, Bielsko-Biala şəhəri); muay-tay (4 nəfər, Myślenice şəhəri); kikboksinq (2 nəfər, Krakov şəhəri); padel (2 nəfər, Krakov şəhəri); atıcılıq (10 nəfər, Vroslav şəhəri); taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri); triatlon (1 nəfər, Krakov şəhəri) üzrə ümumilikdə 86 idmançı ilə təmsil olunur.

Milli.Az