"Bosch" brendinin yeni "Accent | Line Carbon Black Collection" premium xətti artıq Bakıda!

24 İyun 2023 10:00

Mayın 24-də Baku Ritz-Carlton otelindəki Şuşa ziyafət zalında, "Bosch" brendinin yeni "Accent | Line Carbon Black" premium xəttinin möhtəşəm təqdimatı keçirilib.

Qala gecəsinin qonaqları paytaxtın elita nümayəndələri, incəsənət xadimləri, tanınmış simalar, məşhur bloggerlər olmuşdur. Təqdimat proqramı hədsiz dərəcədə zəngin idi, ard-arda biri birini əvəzləyən çıxışlar tədbir qonaqlarının diqqətini çəkərək onları gecənin ən çox gözlənilən anına hazırlamışdır.

İki hissədən ibarət olan gecənin rəsmi hissəsini MDB regionu üzrə Bosch brendinin meneceri Fidan Sultanova açaraq brendin tarixindən və Bosch-un bu illər ərzində öz məhsullarında əks etdirdiyi yeniliklərdən danışıb.

Bosch-un Qlobal Dizayn Direktoru Robert Zakron öz çıxışında "Accent | Line Carbon Black Collection"-un ideyasının yaranmasından bəhs etdi. Robert Zakron onu da qeyd etdi ki, xəttin hər bir detalı həyatı asanlaşdırmaq və mətbəxdən istifadəni maksimum rahatlaşdırmaq üçün nəzərdə tutulub ki, mətbəx sadəcə fərdi məişət texnikası deyil, hər kəsə özünü ifadə etməyə imkan verən xüsusi fəlsəfədir."

"Bosch" brendinin qlobal dizayn direktorunun çıxışından sonra ən emosional məqam gəlib çatdı. Geriyə sayım başladı... sirli pərdə endi, onun arxasında isə qara rəngdə ərsəyə gətirilmiş, zərif dizaynlı xüsusi mətbəx stendi təqdim olundu.

Şef-aşpaz Paolo tərəfindən təqdim olunan xüsusi şou isə qonaqların qəlbini fəth edərək, onlara nəinki qara şüşənin və məxməri, paslanmayan poladın kontrastının estetikasından həzz almaq, həm də birbaşa stenddə hazırlanan yeməkləri dadmaq imkanı təqdim etdi.

Accent | Line Carbon Black Collection- lüks yaşam tərzi və rahatlığa üstünlük verənlər üçün

Axarı çizgilərin sadəliyində və zəngin qaranın saf estetikasında öz əksini tapan mürəkkəb dizayn. Yeni Accent | Line Carbon Black kolleksiyası diqqəti özünə cəlb edən və hətta ən incə zövqü oxşayacaq dizaynda təqdim olunmuşdur.

Füsünkar dizayn və innovativ texnologiyanı birləşdirən estetika

Bosch-un Accent | Line Carbon Black kolleksiyası müasir mətbəxlər üçün ideal olan və ən yüksək performans tələblərinə cavab verən premium məişət texnikasını təklif edir. Həyatı daha da asanlaşdıran ağıllı texnologiyalı intuitiv idarəetmə və mükəmməl bişirmə imkanları ilə ideal nəticələr əldə edin. Belə ki, Carbon Black kolleksiyası bir çox məişət texnikasını unikal dizaynda birləşdirir.