Hərbi maşın qəza törətdi, ölən və yaralanan var
17 May 2010 13:09
Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, avtoqəza mayın 15-də Zaqatala-Gürcüstan magistral yolunun 8-ci kilometrliyində da qeydə alınıb.
Xaldan qəsəbəsində Yevlaxın Aran qəsəbə sakini, 38 yaşlı kiçik çavuş Elşən Rzayevin idarə etdiyi "N" saylı hərbi hissəyə məxsus "QAZ 5308" markalı yük avtomobili Bərdə rayon Hacıalı kənd sakini, 54 yaşlı Hümbət Quliyevin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü H.Quliyev hadisə yerində dünyasını dəyişib, sərnişini 49 yaşlı Ələkbər Alıyev xəsarətlə Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az