"Titan" batiskafının korpusu çox güman ki, çöküb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə rusiyalı məşhur okeanoloq, "Mir" sualtı qayıqlarının yaradıcılarından biri Anatoli Saqaleviç deyib.
"Korpus dağıldı, təbii ki, insanlar da öldü. Aparatın içindəki hava pnevmatik partlayışa səbəb olub və nəticədə hər şey məhv olub, insanlardan da heç nə qalmayıb", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Sahil Mühafizəsi batiskafın qəzaya uğradığını və ekipaj heyətinin həlak olduğunu təsdiqləyib.
Milli.Az