“Təcavüzə məruz qaldım” deyən qadını qoruyarkən öldürüldü - FOTO

23 İyun 2023 07:34

İstanbulda bir qadın təcavüzə məruz qaldığını bildirərək Esenyurdda bir məkanın sahibi Mehmet Ali Tanyıldızdan kömək istəyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qadını izləyən şəxslə mübahisə edən Tanyıldız silahlı hücum nəticəsində həyatını itirib.

Hadisəyə müdaxilə etmək istəyən qonşusu Misir vətəndaşı Zəkəriyyə Əli də ayağından yaralanıb.

Hadisədən sonra polis axtarışı nəticəsində şübhəli bilinən Mete G. və qardaşı Arda G. tutularaq nəzarətə götürülüb.

Milli.Az