Azərbaycanda COVID-19-a 7 yeni yoluxma qeydə alınıb

22 İyun 2023 22:10

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 7 yeni yoluxma qeydə alınıb, bir nəfər müalicə alaraq sağalıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Son gün ərzində COVID-19 əleyhinə 75 vaksin vurulub.

Bir gündə birinci doza üzrə 39, ikinci doza üzrə 6 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 29 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 1 nəfər təşkil edib.

Milli.Az