Azərbaycanın populyar stilisti nişanlandı
17 May 2010 13:28
Məşhurluqda müğənnilərdən geri qalmayan stilist Balaş bu günlərdə nişanlanıb.
Bu haqda məlumatı Milli.Az xəbər portalına stilistin bacısı, müğənni Xatun verib: "Balaş Gülnarı bir il bundan qabaq görmüşdü. Gəlinimiz bibim qızının qohumudu. Gəldi, mənə dedi ki, Xatun, qızdan xoşum gəlir, çox istərdim ki o, həyat yoldaşım olsun. Biz də gedib, qıza baxdıq, bir-birlərinə çox yaraşırlar. Sadə ev şəraitində nişan mərasimi oldu. Nişanda hətta xonçaların tərtibatına belə Balaş özü nəzarət edirdi. Nişan üzüyünü də özü seçdi".
Xatunun sözlərinə görə, o qədər də təmtəraqlı keçirilməyən nişan mərasimi media mənsubları tərəfindən işıqlandırılmayıb: "Çünki Balaş şəxsi həyatının sərgilənməsinin əleyhinədir. Gülnarın 18 yaşı var. Balaş stitist olsa belə, tam normal həyat tərzi yaşayır. Hazırda o, mənzilini təmir etdirir. İnşallah, oktyabrda qardaşımın toyu olacaq".
Aytən
Milli.Az