“O kişi qadınvaridir deyə varlığımı həzm edə bilmir” - FOTO

22 İyun 2023 19:10

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun aktrisa həyat yoldaşı Aysel İbrahimova atmacalı paylaşımı ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildrir ki,  Aysel sosial şəbəkə hesabında post yayımlayaraq, xoşagəlməz davranış nümayiş etdirən tanıdığı kişi cinsinə aid şəxsi ifşa edib. 

"Bəzən  hər gün məcbur gördüyün, tanıdığın insanlar içində "kişi" adını daşıyan amma "kişi" sözünə layiq olmayanlar olur.  Özü qadınvaridir deyə sənin varlığını həzm edə bilmir. Amma Aysel o an nə edir? Boş ver", - deyə Aysel vurğulayıb. 

Milli.Az