Bir müddət əvvəl insult keçirərək danışıq qabiliyyətini itirən Xalq artisti Nisə Qasımova sağaldıqdan sonra ilk dəfə efirə çıxıb.
Milli.Az bizim.media-ya istinadən bildriir ki, 69 yaşlı sənətkar "Gül kimi şou" verilişində qonaq olub.
Səhhətinin yaxşı olduğunu vurğulayan Qasımova bundan sonra tez-tez televiziya proqramlarına qatılacağını söyləyib:
"Özüm yaxşıyam. Bu gün tilsim açıldı, inşallah efirdə çox görünəcəyəm".
Qeyd edək ki, aylar əvvəl sənətkar açıqlamasında insult keçirməsini gizlədərək özünü yaxşı hiss etdiyini bildirmişdi.
Milli.Az