Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir – Hakan Fidan

22 İyun 2023 07:51

Türkiyənin mövqeyi hər zaman olduğu kimi prinsipial və qətiyyətlidir.

Milli.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər naziri Hakan Fidan "Ukraynanın Bərpası Konfransı"-da çıxışı zamanı deyib.

"Türkiyə Ukraynanın, o cümlədən tatar türklərinin qədim vətəni Krımın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü təmin etməkdə qərarlıdır", - deyə Hakan Fidan bildirib.

O qeyd edib ki, Ukranyadakı müharibə çərçivəsində Türkiyə taxıl sazişi, hərbi əsirlərin mübadiləsi kimi sahələrdə öz dəstəyini göstərib.

"Müharibə başlayandan bəri türk podratçıları Ukraynada 3,2 milyard dollarlıq 50 layihədə iştirak edib" - deyə Fidan bildirib.

Məlumat üçün qeyd edək ki, beynəlxalq maliyyə institutlarının, iş dünyası nümayəndələrinin və qeyri-hökumət təşkilatlarının da daxil olduğu iki günlük konfransda Ukraynada özəl maliyyəni səfərbər etmək üçün investisiya imkanları və risklərin azaldılması mexanizmləri, eləcə də ölkənin insan kapitalının yaxşılaşdırılmasına investisiyalar müzakirə olunacaq.

Milli.Az