Sabiq futbolçusu "Real Madrid"in yeni baş məşqçisi ola bilər

22 İyun 2023 08:08

"Bayer"in (Leverkuzen) baş məşqçisi, İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu Xabi Alonso 2024-cü ildə "kral klubu"na keçə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

"Kral klubu"nun prezidenti Florentino Peres 41 yaşlı ispaniyalını Karlo Ançelottinin varisi kimi nəzərdən keçirir.

2024-cü ildə Alonsonun "Bayer"lə əmək müqaviləsi başa çatacaq və çox güman ki, uzadılmayacaq.

Qeyd edək ki, Ançelottinin "Real Madrid"lə müqaviləsi də 2024-cü ilin yayında başa çatacaq.

Milli.Az