Prezident Azərbaycanla Bosniya və Herseqovina arasında Sazişi təsdiqləyib

21 İyun 2023 15:42

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında" Sazişi təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, belə ki, Prezident bununla bağlı Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.

Milli.Az