Məşhur əməkdar artist estetik əməliyyat etdirəcək

21 İyun 2023 20:48

Əməkdar artist İlkin Əhmədov estetik əməliyyat etdirəcək.

Milli.Az olay.az-a istinadən bildirir ki,  xanəndə bu barədə "Gül kimi şou" proqramında qonaq olarkən deyib.  Sənətçi burnunda əyrilik olduğunu, bu səbəbdən cərraha müraciət edəcəyini söyləyib:

"Birinin üzü kobud, çapıq olsa, tamaşaçı baxmaq istəmiyəcək. Estetik həkimləri alqışlayıram ki, insanları gözəlləşdirirlər.  Burnumda əyrilik var. İnşallah, qısa müddətdə düzəltdirəcəm".

Milli.Az