Afra ilə Mərt dodaq-dodağa görüntüləndi

21 İyun 2023 22:14

Tətilə yollanan türkiyəli aktyorlar Afra Saraçoğlu və Mərt Ramazan Dəmirlə bağlı iddialar yayılmaqda davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, eşq yaşadıqlarını inkar edən cütlük ötən gün dodaq-dodağa görüntülənib. Göcek-Binlik Koyuda yaxtada istirahət edən ikili Umut Ünver adlı fotoqrafın obyektivinə tuş gəlib. Fotoqraf hələlik həmin görüntüləri yayımlamayıb.

Qeyd edək ki, Afra və Mərt "Yalı çapkını" serialında rol alır.

Milli.Az