Moskvada növbəti PUA hücumu - Üçü vuruldu

21 İyun 2023 09:14

Moskva vilayətinə dron hücumu olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında Lukino yaşayış məntəqəsi yaxınlığında partlayış səsləri eşidilib.

Məlumatlarda partlayışa səbəb PUA vurulması qeyd edilir. Bundan başqa Moskva vilayətinin Naro-Fominsk rayonunda eyni vaxtda daha iki PUA vurulub.

Milli.Az