Aİ Ukraynaya ŞƏRT QOYDU - Bu halda maliyyə yardımı ediləcək

21 İyun 2023 08:34

Avropa İttifaqı (Aİ) Avropa Komissiyasının təklifi ilə Ukraynaya 50 milyard avro maliyyə yardımı edəcəyini açıqlayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Ukraynaya veriləcək qrantlar və imtiyazlı kreditlər ölkənin iqtisadi problemlərinin aradan qaldırılması və strukturunun yenidən qurulmasının təmin edilməsi hədəfləyəcək.

Yardım 2024-2027-ci illər arasında ediləcək.

Digər tərəfdən, Ukraynaya verilməsi planlaşdırılan maliyyə yardımı ölkədə hüququn aliliyi ilə bağlı qanunları yerinə yetirməsi və korrupsiyaya son qoyması şərti ilə veriləcək.

Milli.Az